Tramp Braziliyadan gətirilən bəzi məhsullara tətbiq olunan gömrük rüsumlarını azaldıb

Digər ölkələr
  • 21 noyabr, 2025
  • 03:49
Tramp Braziliyadan gətirilən bəzi məhsullara tətbiq olunan gömrük rüsumlarını azaldıb

ABŞ Prezidenti Donald Tramp Braziliyadan gətirilən bəzi kənd təsərrüfatı məhsullarına tətbiq olunan tariflərin azaldılması barədə fərman imzalayıb.

"Report"un məlumatına görə, fərman Ağ Evin saytında yerləşdirilib.

Amerika lideri bildirib ki, "əvvəl tətbiq etdiyi əlavə, məhsulun dəyərinə proporsional gömrük rüsumlarının şamil olunduğu malların siyahısını dəyişməyi məqsədəuyğun hesab edib".

Trampın sözlərinə görə, bu tariflər artıq Braziliyadan gətirilən "müəyyən kənd təsərrüfatı məhsullarına" şamil olunmayacaq. ABŞ Prezidenti həmin məhsulların siyahısını açıqlamayıb.

Vaşinqton administrasiyasının rəhbəri dəqiqləşdirib ki, tariflərin azaldılması qərarı xüsusilə ABŞ və Braziliya arasında ticarət məsələləri üzrə danışıqların uğurla başlanması ilə əlaqədar qəbul edilib.

Tramp noyabrın 14-də başqa bir fərman imzalayıb. Həmin sənədə əsasən, ABŞ meyvə, tərəvəz, qoz-fındıq, qəhvə və çay, həmçinin mal ətinin onlarla çeşidini əvvəlki gömrük rüsumlarının tətbiqindən çıxarıb. "The New York Times" qəzetinin məlumatına görə, Vaşinqton administrasiyası bunu ABŞ-də ərzaq qiymətlərinin artması ilə əlaqədar edib.

Son xəbərlər

Bütün Xəbər Lenti