Tramp bir daha Putinin onu məyus etdiyini bildirib

Digər ölkələr
  • 07 oktyabr, 2025
  • 22:18
Tramp bir daha Putinin onu məyus etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən məyus olduğunu bir daha təkrar edərək, Rusiya-Ukrayna müharibəsinin həllinin Yaxın Şərqdəki münaqişədən daha çətin olduğunu vurğulayıb.

"Report"un məlumatına görə, o, bunu Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, o, əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətinə görə münaqişənin həllinin ən asan olacağını gözləyirdi.

"Mən ondan (Vladimir Putin - red.) çox məyus oldum, düşünürdüm ki, bu (münaqişənin - red.) həlli asan olacaq. Amma məlum oldu ki, bu, Yaxın Şərqdən daha çətindir, ona görə də nə olacağını görəcəyik", - ABŞ Prezidenti deyib.

Ağ Ev rəhbəri yaxın vaxtlarda Cənubi Koreyada Çin Sədri Si Cinpinlə görüşü gözlədiyini də açıqlayıb. O, həmçinin Demokratlar Partiyasını ABŞ hökumətinin işini pozmaqda ittiham edib.

Son xəbərlər

Bütün Xəbər Lenti