Tramp: “Bayden çimərlikdə şəkil çəkdirməyə üstünlük verir”

Digər ölkələr
  • 24 avqust, 2023
  • 03:15
Tramp: “Bayden çimərlikdə şəkil çəkdirməyə üstünlük verir”

“Cozef Bayden Ukrayna ilə bağlı münaqişənin sona çatmasına kömək edə bilməyəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.

Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları Ukrayna münaqişəsinə böyük ölçüdə cəlb edilib və prezidentin işi ölkəni oradan çıxarmaqdır: “Lakin Bayden çimərlikdə şəkil çəkdirməyə üstünlük verir”.

Trampın özü münaqişəni dərhal bitirəcəyini və çox asanlıqla dayandıracağını vəd edib.