Tramp atışma hadisəsindən sonra mətbuat konfransı keçirəcəyini açıqlayıb

Digər ölkələr
  • 26 aprel, 2026
  • 06:38
Tramp atışma hadisəsindən sonra mətbuat konfransı keçirəcəyini açıqlayıb
"Reuters"

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma hadisəsindən sonra mətbuat konfransı keçirəcəyini açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Otuz dəqiqə sonra Ağ Evin brifinq otağında mətbuat konfransı keçirəcəyəm", - ABŞ lideri yazıb.

Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.