Tramp: ABŞ Venesuelanın gələcəyinin həllində iştirak edəcək
Digər ölkələr
- 03 yanvar, 2026
- 18:48
ABŞ Venesuelanın gələcəyi məsələsinin həllində iştirak edəcək.
"Report" xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp "Fox News" telekanalının efirində bəyan edib.
Onun sözlərinə görə, ABŞ Venesuelada prezident Nikolas Maduronun yerini kiminsə tutmasına icazə verərək risk edə bilməz. Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, ABŞ Venesuelanın neft sektorunda iştirak edəcək.
"Biz Venesuelaya qarşı ikinci dalğa zərbələrə hazır idik, lakin buna ehtiyac qalmadı", - Tramp bildirib.
O əlavə edib ki, bir həftə əvvəl Maduro ilə danışıb və onu könüllü təslim olmağa çağırıb, lakin o, bunu etməyə hazır olmayıb.
Son xəbərlər
21:57
SEPAH: ABŞ ordusu İordaniyada gizlənməyə məcbur olub
Region21:44
Foto
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Fərdi21:29
NATO kəşfiyyat məlumatlarının mübadiləsini artırır
Digər ölkələr21:20
Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb
Region21:06
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib
Şou-biznes20:44
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Digər ölkələr20:40
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
Region20:31
Azərbaycan – Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
Xarici siyasət20:28