ABŞ Prezidenti Çinlə ticarət razılaşmasının hazır olduğunu bəyan edib

Digər ölkələr
  • 11 iyun, 2025
  • 16:48
ABŞ Prezidenti Çinlə ticarət razılaşmasının hazır olduğunu bəyan edib

ABŞ və Çin nümayəndə heyətləri ticarət sazişinin parametrlərini razılaşdırıblar, indi onun iki ölkə liderləri səviyyəsində təsdiqlənməsi lazımdır.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

"Çinlə razılaşmamız hazırdır və prezident Si Cinpinlə mənim yekun təsdiqimizi gözləyir. Bizim kollec və universitetlərimizdə təhsil alan çinli tələbələri təhsil almaq imkanları ilə təmin edəcəyik. Biz tariflərin cəmi 55%-ni, Çin isə 10%-ni alır", - o qeyd edib.