Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir

Digər ölkələr
  • 04 mart, 2025
  • 03:12
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir

ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir və münaqişənin uzun illər uzadılmasında maraqlı deyil.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Rusiya-Ukrayna münaqişəsindən danışarkən deyib: "Mən istəyirəm ki, bütün bunlar tez başa çatsın. Bunun daha illərlə davam etməsini istəmirəm".

44 - Tezliklə