Tramp: ABŞ-nin Venesuela ilə müharibəyə başlamaq niyyəti yoxdur
Digər ölkələr
- 03 noyabr, 2025
- 05:59
ABŞ Venesuela ilə müharibəyə getmək niyyətində deyil.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "CBS News"a verdiyi müsahibədə bildirib.
Jurnalist Nora O Donnell Prezidentdən ABŞ-nin Venesuela ilə müharibəyə başlamaq niyyətində olub-olmadığını soruşub. "Şübhə edirəm. Düşünmürəm", - Tramp cavab verib.
O, bunula yanaşı narkotik və miqrasiya ilə bağlı problemlərə toxunaraq, bu məsələləri həll etmək üçün hərbi münaqişəyə başlamaq istəmədiyini bildirib.
Tramp əvvəllər Venesuela ərazisinə zərbələr endirməyi düşünmədiyini vurğulayıb. Lakin onun bu açıqlamalarından sonra ABŞ-nin Cənubi Amerika ölkəsinin sahillərində Hərbi Dəniz Qüvvələrinin qruplaşmalarının zərbə imkanlarını gücləndirdiyi barədə məlumatlar yayılıb.
Son xəbərlər
18:17
Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib
Digər ölkələr18:11
Foto
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb
Mədəniyyət siyasəti17:59
Makron və Məhəmməd bin Salman ABŞ-İran danışıqlarını müzakirə ediblər
Digər ölkələr17:57
Foto
Bu gün Bakıda 550 küçə yuyulub
Daxili siyasət17:48
İranda ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçdiyi təkzib edilib - YENİLƏNİB
Digər ölkələr17:46
Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə 6,3 min hərbi əsiri mübadilə edib
Digər ölkələr17:38
Foto
Bakıda keçirilən 6-cı Startap Forumunun iştirakçılarına qrantlar ayrılıb
Biznes17:22
Premyer Liqa: "Qarabağ" çempionluq yolunda növbəti xal itkisi ilə üzləşib
Futbol17:22