Tramp: ABŞ İsrailin İrana mümkün yeni zərbələrini dəstəkləməyə hazır olacaq
Digər ölkələr
- 29 dekabr, 2025
- 22:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Tehranın nüvə proqramını inkişafı etdirəcəyi təqdirdə, İsrailin İrana mümkün yeni zərbələrini dəstəkləməyə hazır olacaq.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Eşidirəm ki, İran yenidən (nüvə potensialını) artırmağa çalışır və əgər bu belədirsə, biz onları dayandırmalı olacağıq. Biz onları dayandıracağıq. Onların ağlını başlarına gətirəcəyik. Lakin ümid edirəm ki, belə bir şey baş vermir", - deyə Tramp bildirib.
Prezident məsələnin diplomatik yolla həllinə üstünlük verdiyini qeyd edib.
"Eşitmişəm ki, İran sövdələşmə bağlamaq istəyir. Əgər onlar sövdələşmə bağlamaq istəyirlərsə, bu, daha ağıllı addım olar", - deyə o əlavə edib.
Son xəbərlər
12:23
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Ekologiya
12:22
Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
Sənaye
12:08
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
İnfrastruktur
12:05
Foto
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Fərdi
11:55
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
Region
11:53
Foto
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub
Futbol
11:53
Foto
Ramin Məmmədov: Azərbaycanın müxtəlif ölkələrlə tarixi əlaqələri regional əməkdaşlığın inkişafına zəmindir
Din
11:52
Monqolustan Dünya Bankının ən yoxsul ölkələr üçün fondunun donoru olub
Maliyyə
11:41
Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
İnfrastruktur