Tramp ABŞ-da yalançı KİV-lərin nəzarətdən çıxdığını bildirib

Digər ölkələr
  • 11 dekabr, 2017
  • 01:44
Tramp ABŞ-da yalançı KİV-lərin nəzarətdən çıxdığını bildirib

Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ-da yalançı kütləvi informasiya vasitələri nəzarət altından çıxıb və ölkənin nüfuzuna zərər vurur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp özünün "Twitter" hesabında yazıb.

"Bu həftədə yalançı KİV-də dərc edilmiş saxta və etibardan salan xəbərlər həddən artıq az müzakirə doğurub. Onlar nəzarət altından çıxdılar: informasiyanın düzgün verilməsi onlar üçün heç nə demək deyil. Yalan informasiyanı dərc edirlər, amma sonra onu təkzib etmək lazım gəlir", - deyə Tramp qeyd edib.

O, bildirib ki, belə hərəkətlər Amerikanın nüfuzuna ləkə vurur.

ABŞ prezidenti bəzi Amerika KİV-lərini bir neçə dəfə yoxlanılmamış informasiyanın nəşrində ittiham edib. Yalnız bu ay ərzində Tramp jurnalistləri ən azı üç dəfə yalan yazmaqda ifşa edib.