Tramp 23 dekabr gecəsi Heqset ilə birlikdə bəyanatla çıxış edəcək
Digər ölkələr
- 22 dekabr, 2025
- 07:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp dekabrın 23-ü, Bakı vaxtı ilə saat 01:30-da Pentaqon rəhbəri Pit Heqset və Hərbi Dəniz Qüvvələri (HDQ) naziri Con Felan ilə birlikdə mövzusu açıqlanmayan bəyanatla çıxış edəcək.
"Report"un məlumatına görə, bu, Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilmiş Amerika liderinin iş qrafikindən məlum olub.
"Prezident hərbi və HDQ naziri ilə birlikdə bəyanatla çıxış edəcək", - deyə sənəddə qeyd olunub. Bu, ABŞ-nin Şərq sahili vaxtı ilə saat 16:30-da (Bakı vaxtı ilə dekabrın 23-ü saat 01:30-da) baş tutacaq. Tramp çıxışını "Mar-a-Laqo" malikanəsinin yerləşdiyi Florida ştatında edəcək. KİV-in məlumatına görə, Amerika liderinin qış tətilləri zamanı orada olacağı gözlənilir.
Son xəbərlər
00:46
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
Futbol00:27
Tramp: CAATSA ilə bağlı problem yoxdur
Region00:00
Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür
Daxili siyasət23:49
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Hadisə23:39
Fransa polisi beş mindən çox etirazçını saxlayıb
Digər ölkələr23:21
Foto
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
Xarici siyasət22:53
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Digər ölkələr22:39
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır
Region22:30