Tramp 2026-cı ildə Rusiyaya səfəri istisna etməyib

Digər ölkələr
  • 12 may, 2026
  • 22:58
Tramp 2026-cı ildə Rusiyaya səfəri istisna etməyib

ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, Tramp bunu Çinə uçuşdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbət zamanı bəyan edib.

"Mən lazım olan hər şeyi edəcəyəm", - Amerika lideri cari ilin sonunadək Rusiyaya səfər imkanı barədə suala cavab olaraq bildirib.

"Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq", - o deyib və artıq səkkiz münaqişəni nizamladığını xatırladıb.