Tramp 2026-cı ildə Davos forumunda iştirak etməyi planlaşdırır

Digər ölkələr
  • 14 noyabr, 2025
  • 00:04
Tramp 2026-cı ildə Davos forumunda iştirak etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu, iki ölkənin ticarət sazişi danışıqları fonunda ABŞ və İsveçrə arasında münasibətlərin yaxşılaşdığını göstərən addımdır. ABŞ liderinin iqtisadi foruma böyük nümayəndə heyəti ilə qatılacağı gözlənilir. Tramp 2025-ci ildə Dünya İqtisadi Forumunda videokonfrans vasitəsilə iştirak edib.

"Dünya İqtisadi Forumu Prezident Tramp da daxil olmaqla, G20 ölkələrinin dövlət və hökumət başçılarını 2026-cı ildə keçiriləcək illik görüşə dəvət edib. Təsdiqlənmiş iştirakçıların dəqiq siyahısı görüşdən bir həftə əvvəl dərc olunacaq", - agentlik forumdan sitat gətirib.

Son xəbərlər

Bütün Xəbər Lenti