İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı artıb
Digər ölkələr
- 07 yanvar, 2019
- 01:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 yanvar. REPORT.AZ/ İndoneziyanın Qərbi Yava əyalətinin Sukabumi şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi qurbanlarının sayı 31 nəfərə çatıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyətlər üzrə Agentliyin nümayəndəsi Sutopo Purvo jurnalistlərə bildirib.
Onun sözlərinə görə, daha 2 nəfər itkin düşmüş hesab edilir. Təbii hadisə zamanı həmçinin 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Torpaq sürüşməsi zamanı 30 ev suyun altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.
Daha əvvəl bildirilirdi ki, İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində azı 15 nəfər ölüb.
Son xəbərlər
21:24
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
Fərdi
21:02
İran Dohada ABŞ ilə görüş keçiriləcəyi barədə məlumatı təkzib edib - Yenilənib
Digər ölkələr
20:58
Türkiyə Prezidenti: Qabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb
Region
20:51
Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir
Region
20:40
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Elm və təhsil
20:28
Video
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 16-ya çatıb - Yenilənib-5
Region
20:22
"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro əməliyyat olunub
Futbol
20:09
Rəsmi Bakı Türkiyəyə başsağlığı verib
Xarici siyasət
19:55
Almaniyada ilk dəfə qadın prezident seçilə bilər
Digər ölkələr