Tokioda qasırğaya görə 26 mindən çox ev işıqsız qalıb

Digər ölkələr
  • 11 avqust, 2026
  • 19:47
Tokioda qasırğaya görə 26 mindən çox ev işıqsız qalıb

Yaponiyada Böyük Tokio rayonunda bu gün "Çan-Hom" tayfunu səbəbindən 26 min 300-dən çox ev işıqsız qalıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiya Milli İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, küləyin sürəti saniyədə 35 metrə çatıb. Tayfunun təsir etdiyi ərazilərdə üç nəfər xəsarət alıb, infrastruktur dağılıb.

Tayfun ölkənin əsas adası olan Honsyunun şimal-şərqində nəqliyyat əlaqəsini pozub. Tokionun Haneda və Narita hava limanlarında, iri Senday şəhərinin hava limanında 100-dən çox daxili və beynəlxalq aviareys ləğv edilib.

44 - Tezliklə