Tokio Pekinə Şərqi Çin dənizində qazma işləri ilə bağlı etirazını bildirib

Digər ölkələr
  • 08 yanvar, 2026
  • 08:58
Tokio Pekinə Şərqi Çin dənizində qazma işləri ilə bağlı etirazını bildirib

Yaponiya hökuməti Çinin Şərqi Çin dənizində iki ölkənin müstəsna iqtisadi zonalarının üst-üstə düşdüyü ərazidə qazma platformalarının fəaliyyəti ilə bağlı etirazını bildirib.

"Report" xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib.

"Yaponiya tərəfinin çoxsaylı etirazlarına baxmayaraq, Çin tərəfi bu cür işləri davam etdirir, onlar bizi fakt qarşısında qoyur", -Nazirlər Kabinetinin baş katibi deyib.

O, Pekini bölgədəki təbii qaz yataqlarının birgə işlənməsi ilə bağlı 2008-ci ilin müqaviləsinə qayıtmağa çağırıb.

Daha əvvəl Yaponiyanın Sahil Mühafizə Xidmətinin Şərqi Çin dənizindəki şərti demarkasiya xəttinin ÇXR tərəfində Çinin mobil qazma platformalarının mövcudluğunu aşkar etdiyini bildirib. Pekin bu xətti rəsmi olaraq tanımır və onun Yaponiyaya daha da yaxınlaşaraq şərqə doğru daha da çəkilməli olduğunu hesab edir.

Son xəbərlər

Bütün Xəbər Lenti