TİKA rəhbəri: AIDA beynəlxalq inkişaf tərəfdaşları arasında mühüm yer tutur

Digər ölkələr
  • 10 sentyabr, 2026
  • 11:28
TİKA rəhbəri: AIDA beynəlxalq inkişaf tərəfdaşları arasında mühüm yer tutur

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) 15 illik fəaliyyəti dövründə mühüm beynəlxalq inkişaf tərəfdaşı kimi nüfuz formalaşdırıb.

"Report" xəbər verir ki, bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.

Onun sözlərinə görə, AIDA inkişaf agentlikləri icması arasında ən gənc təsisatlardan biri olsa da, lakin öz nailiyyətləri sayəsində artıq daha təcrübəli təşkilatlar arasında tanınma qazanıb:

"AIDA-nı bizim inkişaf agentlikləri icmamızdakı daha gənc təsisatlar sırasına aid etmək olar. Lakin o, öz nailiyyətləri sayəsində onların ən təcrübəliləri arasında layiq olduğu hörməti qazanıb. AIDA 2011-ci ildə təsis edilənd əsrlik bir ənənəni miras aldı. Bu, kökləri əsrlərə gedib çıxan bir irsdir. Bu köklər Xəzərin karvan yollarına, öz sərhədlərindən çox-çox uzaqlara kömək əlini uzadan keçmişin mesenatlarına, uzaq diyarlarda yad insanlara göstərilən mərhəmətə qədər uzanır. Bu gün AIDA beynəlxalq inkişaf tərəfdaşları arasında danılmaz bir nüfuz qazanıb".

TİKA sədri əlavə edib ki, Azərbaycanın işğalın nəticələrini, qaçqın və məcburi köçkün problemlərini yaşamış bir ölkədən etibarlı və hörmətli donora qədərki təcrübəsi inkişaf etməkdə olan dünya üçün xüsusi dəyər kəsb edir:

"Bu, məhz inkişaf etməkdə olan dünyaya lazım olan təcrübədir".

44 filmi