THY Şarm-əl-Şeyx istiqamətində uçuş fasiləsini uzadıb

Digər ölkələr
  • 15 noyabr, 2015
  • 15:14
THY Şarm-əl-Şeyx istiqamətində uçuş fasiləsini uzadıb

Bakı. 15 noyabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsinin qəzası ilə əlaqədar olaraq Şarm-əl-Şeyx istiqamətində uçuşlarına verdiyi 15 günlük fasilənin vaxtını noyabrın sonunadək uzadıb.

Türkiyə KİV-lərinin məlumatına görə, THY hələlik bölgəyə zəruri uçuşlarını Oman üzərindən həyata keçirir.