"The Times": Britaniya üç ölkənin sakinlərinə viza verilməsini qadağan edə bilər

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 06:35
The Times: Britaniya üç ölkənin sakinlərinə viza verilməsini qadağan edə bilər

Böyük Britaniya üç Afrika ölkəsinin səlahiyyətli orqanları qeyri-qanuni miqrantların deportasiyasında əməkdaşlıq etməsələr, onlara viza verilməsini dayandıra bilər.

"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti Britaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ölkələr Anqola, Namibiya və Konqo Demokratik Respublikasıdır.

Qəzet yazıb ki, bu ölkələr Böyük Britaniyaya qeyri-qanuni yolla gələn təxminən 4000 soydaşını geri qəbul etməkdən imtina ediblər. Son tarix göstərilməyib.

Məqalədə bildirilib ki, noyabrın 13-də Böyük Britaniya Daxili İşlər Nazirliyi bu ölkələrin Londondakı səfirliklərinə bir ay ərzində deportasiya ilə bağlı Britaniya hakimiyyət orqanları ilə daha fəal əməkdaşlıq etməsələr, viza məhdudiyyətlərinin sərtləşdirilməsi riski barədə xəbərdarlıq edib.

Son xəbərlər

Bütün Xəbər Lenti