"The Guardian": Kubada yanacaq çatışmazlığı müşahidə olunur
- 01 fevral, 2026
- 20:58
Kuba ciddi yanacaq çatışmazlığı yaşayır və təchizatın tam dayanması adanın infrastrukturu üçün fəlakətli nəticələrə səbəb ola bilər.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
"Kpler" analitik şirkətinin məlumatlarına görə, bu il yalnız bir neft partiyası - Meksikadan 84,9 min barel gəlib. Cari ehtiyatları nəzərə alsaq, daha çox tanker gəlməsə, Kubanın yanacağı növbəti üç həftə ərzində bitəcək", - materialda qeyd olunub.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikanın Kubaya neft təchizatını dayandırdığını bəyan edib.
Texas Universitetinin enerji eksperti Xorxe Pinyon dizel yanacağı çatışmazlığının nəticələrinin Kuba üçün fəlakətli olacağını bildirib.
"Dizel yanacağı nəqliyyatda - həm sərnişin, həm də kommersiya, dəmir yollarında, kənd təsərrüfatında, sənayedə, su təchizatında və şəkər qamışı yetişdirilməsində istifadə olunur", - o qeyd edib.