Texasda xəstəxanada partlayış olub, ölən və yaralananlar var

Digər ölkələr
  • 26 iyun, 2018
  • 23:03
Texasda xəstəxanada partlayış olub, ölən və yaralananlar var

Bakı. 27 iyun. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Qeytsvil şəhərindəki xəstəxanada baş vermiş partlayış zamanı 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Fox 45" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı həmçinin daha 12 nəfər yaralanıb. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Hakimiyyət orqanları insidentin səbəblərini müəyyənləşdirə bilməyiblər. Bununla belə, bəzi məlumatlara görə, generator partlayıb.

Xəstəxanadan 12 xəstə təxliyyə edilib. Onlar digər tibb müəssisələrinə yerləşdiriliblər.


***01:04

ABŞ-ın Texas ştatında xəstəxanada partlayış olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Qeytsvil şəhərindəki xəstəxanada baş verib.

İlkin məlumata görə, partlayış xəstəxananın genişləndirilməkdə olan qazanxana hissəsində baş verib. Binanın partlayış zamanı dağıldığı bildirilir. Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Polis məlumatı təsdiqləyib.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Xəstəxanadakı xəstələr və həkimlər təxliyyə olunub.