Texasda 9 milyon nəfər susuz qalıb
Digər ölkələr
- 23 fevral, 2021
- 07:18
ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti səbəbindən 1 200-dən artıq su sistemi yararsız hala düşüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ştatın valisi Qreq Ebbott bildirib.
Onun sözlərinə görə, Texas Milli Mühafizəçiləri ötən həftənin sonunda 3,5 milyon şüşə su paylayıb. Milyonlarla sakinin yaşayışına təsir göstərən elektrik enerjisində yaranan fasilələr bu günlərdə böyük miqyasda bərpa olunub. Hazırda ştatda 9 milyon sakin su qıtlığından əziyyət çəkir.
Qeyd edək ki, fevralın 11-dən Texas başda olmaqla ABŞ-ın bir sıra ştatlarında havanın soyuq və şaxtalı keçməsi nəticəsində 60 nəfər ölüb. Ölüm hadisələrinin 30-ı Texasda qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ilin məlumatına əsasən, Texasın 29 milyon nəfər əhalisi var.
Son xəbərlər
19:32
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
Region19:17
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayı ilə tanış olub
İdman19:15
Beyləqanda kanalda çimən yeniyetmə boğularaq ölüb
Hadisə19:06
Mirziyoyev Trampı Özbəkistana rəsmi səfərə dəvət edib
Digər ölkələr18:59
Ağdaşda erkən nikahın qarşısı alınıb
Hadisə18:44
Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə18:37
Ukrayna dəniz blokadası səbəbindən 2 milyard dollardan çox ixrac gəlirini itirəcək
Digər ölkələr18:31
Bakıda parkdakı fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb
Hadisə18:24