​Terrorçular Suriyanın kəndlərinə 250 mərmi atıblar

Digər ölkələr
  • 18 sentyabr, 2015
  • 17:03
​Terrorçular Suriyanın kəndlərinə 250 mərmi atıblar

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Cəbhat ən-Nüsra" və "Cund əl-Əksa" terror qruplaşmaları Suriyanın şimal-qərbində yerləşən Əl-Fua və Kefraya kəndlərini hücum ilə ələ keçirməyə cəhd göstərirlər.

"Report" xəbər verir ki, terrorçular cümə günü sözügedən yaşayış məntəqələrinə 250 mərmi atıblar.

Quldur dəstələri Əl-Fua və Kefraya kəndlərini iki ildən artıqdır ki, mühasirədə saxlayırlar. Yerli müdafiə qüvvələri havadan onlara edilən yardım sayəsində uğurla müdafiə olunurlar. Onlara vertolyotlar vasitəsi ilə ərzaq və döyüş sursatları atılır.