Tel-Əviv Seneqal və Yeni Zelandiyadakı səfirlərini geri çağırır

Digər ölkələr
  • 23 dekabr, 2016
  • 22:04
Tel-Əviv Seneqal və Yeni Zelandiyadakı səfirlərini geri çağırır

Bakı. 24 dekabr. REPORT.AZ/ İsrail cümə günü yəhudi dövlətinin məskunlaşma fəaliyyəti ilə bağlı qətnaməni BMT Təhlükəsizlik Şurasında irəli sürən Seneqal və Yeni Zelandiyadan səfirlərini geri çağırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxasanın məlumatında bildirilir.

"Baş nazir məşvərət keçirmək üçün Seneqal və Yeni Zelandiyadakı səfirlərini təcili surətdə İsrailə çağırıb", - deyə sənəddə bildirilir.

"Baş nazir üç həftədən sonra Seneqalın Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə nəzərdə tutulan görüşün ləğv olunması barədə göstəriş verib, həmçinin XİN-ə Seneqala dair bütün yardım proqramlarını ləğv etmək təlimatı verib", - deyə Dəftərxanadan bildirilib.