Tayvanda ekskursiya avtobusunun aşması nəticəsində 34 nəfər ölüb

Digər ölkələr
  • 14 fevral, 2017
  • 02:32
Tayvanda ekskursiya avtobusunun aşması nəticəsində 34 nəfər ölüb

Bakı. 14 fevral. REPORT.AZ/ Tayvan adasında ekskursiya avtobusunun aşması nəticəsində 34 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli "China Times" nəşri yazıb.

İnsident Taybey şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı salonda 44 nəfər olub.

Yerli polisin məlumatına görə, avtobusun sürücüsü, çox güman ki, sürət həddini aşıb.

44 - Tezliklə