Tayvan yaxınlığında Çinin hərbi təyyarələri və gəmiləri qeydə alınıb

Digər ölkələr
  • 11 avqust, 2022
  • 14:55
Tayvan yaxınlığında Çinin hərbi təyyarələri və gəmiləri qeydə alınıb

Çin Xalq Azadlıq Ordusunun 21 hərbi təyyarəsi və 6 döyüş gəmisi Tayvan adası yaxınlığında qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, 1 “JH-7” bombardmançısı, 4 “J-11” və 6 “Su-30” qırıcıları Tayvan boğazının mərkəzi hissəsindəki “orta xətti” keçib.

44 - Tezliklə