Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

Digər ölkələr
  • 12 sentyabr, 2026
  • 13:48
Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub

Tatarıstanda (Rusiya) "Cessna-172" yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin bostanına düşüb, pilot və sərnişin həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.

"Saba rayonunda təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub", - məlumatda deyilir.

Mütəxəssislər hadisənin səbəbini araşdırırlar.