Taras Vısotskiy: Rusiya Ukraynanın aqrar anbarlarının 90 %-ni məhv edib

Digər ölkələr
  • 28 avqust, 2026
  • 15:40
Taras Vısotskiy: Rusiya Ukraynanın aqrar anbarlarının 90 %-ni məhv edib

Rusiya ordusu, əsasən bu yay ərzində endirdiyi zərbələr nəticəsində, Ukraynanın aqrar anbarlarının 90 %-ni məhsullar ilə birgə məhv edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna aqrar siyasət naziri Taras Vısotskiy bildirib.

O qeyd edib ki, bura, əsasən pərakəndə satış anbarları daxildir:

"Lakin eyni zamanda bu, ukraynalıların qidasız qalacağı anlamına gəlmir. Logistika dəyişkən olacaq. Bu o deməkdir ki, aclıq və ya sistemli fiziki qida çatışmazlığı təhlükəsi olmayacaq" - deyə, nazir əlavə edib.