Tanzaniyada aksiyaların qadağan edilməsindən sonra 130 nəfər saxlanılıb

Digər ölkələr
  • 09 iyul, 2026
  • 22:56
Tanzaniyada aksiyaların qadağan edilməsindən sonra 130 nəfər saxlanılıb

Tanzaniya hökuməti cinayət əməllərinə təhrik etmə ittihamı ilə 130 nəfəri saxlayıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Polisin məlumatına görə, saxlanılmalar ölkədə bütün siyasi mitinqlərin keçirilməsinə qadağa qoyulduqdan sonra qanunsuz aksiyaların qarşısının alınması tədbirləri çərçivəsində həyata keçirilib.

Polis həmçinin digər şübhəlilərin axtarışını davam etdirir.

Xatırladaq ki, iyunun 26-da Tanzaniyada siyasi aksiyaların qadağan olunduğu elan edilib. Buna baxmayaraq, etirazçılar iyulun 7-də - dövlət bayramı günündə aksiya keçirməyi planlaşdırırdılar. Onlar demokratik islahatların aparılmasını, həmçinin ötən il seçkiləri müşayiət edən toqquşmalar zamanı insanların ölümünün ədalətli araşdırılmasını tələb etmək niyyətində idilər.