"Taliban" yaraqlıları yenidən Pakistan qüvvələrinə hücum edib
Digər ölkələr
- 15 oktyabr, 2025
- 02:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kurram bölgəsində "Taliban" və "Fitnə əl-Xavaric" yaraqlıları Pakistan qüvvələrinə yenidən hücum edib.
"Report" bu barədə PTV-yə istinadən xəbər verir.
Məlumata görə, Pakistan ordusu bu hücuma sərt şəkildə cavab verib, nəticədə "Taliban"ın mövqelərinə ciddi ziyan dəyib.
Mənbələr əlavə ediblər ki, "Taliban"ın postlarında yanğın baş verib. Pakistan ordusunun əməliyyatı nəticəsində "Taliban"ın bir tankı məhv edilib və yaraqlılar mövqelərini tərk edərək qaçıblar. Həmçinin "Fitnə əl-Xavaric" komandirinin də öldürüldüyü bildirilir.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanla dövlət sərhədində təxribat törədib. Nəticədə Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.
Son xəbərlər
12:49
Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub
Region
12:37
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Hadisə
12:34
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Futbol
12:32
Sabah rayonlarda 30 dərəcə isti olacaq, arabir yağış yağacaq
Ekologiya
12:23
BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib
Digər ölkələr
12:11
İran yeni əməliyyat planı hazırlayıb
Region
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol