"Taliban"ın vilayət komandirlərindən biri və cangüdənləri ölüb

Digər ölkələr
  • 03 yanvar, 2017
  • 10:28
Talibanın vilayət komandirlərindən biri və cangüdənləri ölüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Əfqanıstanın şimalında baş vermiş partlayış nəticəsində "Taliban" hərəkatının Təxar vilayəti üzrə komandiri və iki cangüdəni ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb yaraqlıların Aşkamiş rayonunda yola quraşdırmaq istədikləri şəxsi minalarının vaxtından əvvəl partlaması olub.