Taliban Əfqanıstanda onlarla insanı girov götürüb

Digər ölkələr
  • 16 may, 2015
  • 19:09
Taliban Əfqanıstanda onlarla insanı girov götürüb

Bakı. 17 May. REPORT.AZ/ Əfqanıstan rəsmiləri Taliban üsyançılarının ölkənin şərqində Pakistanla sərhəd bölgədə onlarla avtobus sərnişinini oğurladıqlarını bildirib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqində yerləşən Paktiya vilayətinin Syed Karam bölgəsində baş verib.

Vilayət rəsmiləri və sakinlərin bildirdiyinə görə, yüzlərlə Taliban döyüşçüsü sərnişinlərin naməlum istiqamətdə aparılmasından öncə bir neçə saat ərzində 30-dan çox avtomobili yolda saxlayıb axtarış keçirib.

Talibanın sözçüsü Zəbiullah Mucahid girov götürülən 30-dan çox adam arasında Əfqanıstanın səkkiz mühüm rəsmisinin olduğunu deyərək, rəsmilərin aparılan insanların qadın və uşaqlardan ibarət olduğuna dair iddialarını təkzib etib.

Əfqanıstan təhlükəsizlik qüvvələri ərazidə axtarış əməliyyatına başlayıb.