Tailand İran səfirini gəmiyə edilən hücumla bağlı çağırıb

Digər ölkələr
  • 12 mart, 2026
  • 10:30
Tailand İran səfirini gəmiyə edilən hücumla bağlı çağırıb

Tailand ölkəyə məxsus gəminin Hörmüz boğazı yaxınlığında hücuma məruz qalmasından sonra İran səfirini çağırıb.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tailand Hörmüz boğazında ölkə bayrağı altında üzən gəmiyə edilən hücumu pisləyib.

Xəbər verildiyi kimi, Tailand bayrağı altında üzən "Mayuree Naree" gəmisi Hörmüz boğazında hücuma məruz qalıb, nəticədə gəmidə partlayış, ardınca yanğın baş verib. Tailandın Dəniz Departamentinin məlumatına görə, ekipajın 20 üzvü xilas edilib, üç dənizçi itkin düşüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.