Suriyanın Hələb şəhərində 202 dinc sakin öldürülüb
Digər ölkələr
- 29 aprel, 2016
- 08:14
Bakı. 29 aprel. REPORT.AZ/ Son bir həftə ərzində Suriyanın Hələb şəhərinin bombalanması nəticəsində 202 dinc sakin həlak olub.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.
Məlumata görə, Bəşşar Əsədə tabe olan silahlı qüvvələrin havadan endirdiyi zərbələr və artilleriya atəşi nəticəsində 21-i uşaq olmaqla 131 dinc sakin öldürülüb.
Bu müddət ərzində müxalifətin açdığı atəş nəticəsində 13-ü uşaq olmaqla 71 dinc sakin həlak olub.
Xəbərə əsasən, Hələbin müxalifətin nəzarəti altında olan hissəsindəki yeganə uşaq həkimi də açılan atəş nəticəsində həyatını itirib.
İnformasiyada bildirilib ki, B.Əsəd rejiminə aid silahlılar əsasən, mülki əhalinin yaşadığı əraziləri bombalayır.
Son xəbərlər
22:22
Dmanisinin azərbaycanlı idmançıları Türkiyədə beynəlxalq yarışda uğur qazanıblar
Fərdi22:08
FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb
Hadisə21:54
"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazanıb
Futbol21:36
"Neftçi" futbolçu İmad Farajın Tunisin "Esperans" klubuna keçdiyini açıqlayıb
Futbol21:29
Premyer Liqa: "Turan Tovuz" mövsümün açılış oyununda qələbə qazanıb
Futbol21:06
Qubada zəlzələ qeydə alınıb
Hadisə20:51
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Digər ölkələr20:48
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Elm və təhsil20:34