Suriyadan İordaniyaya narkotik keçirmək istəyən 12 nəfər güllələnib

Digər ölkələr
  • 24 yanvar, 2016
  • 00:22
Suriyadan İordaniyaya narkotik keçirmək istəyən 12 nəfər güllələnib

Bakı. 24 yanvar. REPORT.AZ/ Suriyadan 36 nəfər İordaniya sərhədini keçməyə cəhd göstərib.

“Report” xəbər verir ki, onların bəziləri silahlı olub və bundan əlavə ölkədən narkotik maddə çıxarmağa cəhd göstəriblər.

İordaniya hərbçiləri qaçaqmalçılara atəş açıblar.

Nəticədə 12 nəfər qanun pozucusu qətlə yetirilib, bir neçə nəfər yaralanaraq Suriya tərəfə geri qayıdıb.

44 - Tezliklə