Suriyada xəstəxana bombardman edilib: 7 ölü

Digər ölkələr
  • 03 oktyabr, 2016
  • 19:06
Suriyada xəstəxana bombardman edilib: 7 ölü

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərində xəstəxana bombardman tutulub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bilddirilir ki, Rusiyada məxsus hərbi təyyarənin müxaliflərin nəzarəti altında olan xəstəxananı bombardman etməsi zamanı 7 nəfər həlak olub. Ölənlərdən 2-nin tibb işçiləri olduğu bildirilir.

Rusiya hərbçiləri xəstəxananı bir həftə ərzində ikinci dəfə atəşə tutublar. İkinci bombardman zamanı xəstəxananın önündə 5 metr dərinliyinə çuxur yaranıb.