​Suriyada Rusiyaya məxsus pilotsuz uçan aparat vurulub

Digər ölkələr
  • 19 oktyabr, 2015
  • 20:50
​Suriyada Rusiyaya məxsus pilotsuz uçan aparat vurulub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Suriyada Rusiyaya məxsus növbəti "Orlan" dronu vurulub.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

Pilotsuz uçan aparatın vurulması barədə informasiyanı "Ceyş əl-Mücahidin" terror qruplaşmasının komandanlığı da təsdiq edib. Dron Hələb ərazisində vurulub.