Suriyada İŞİD-in əsas maliyyəçilərindən biri məhv edilib

Digər ölkələr
  • 23 iyun, 2017
  • 17:19
Suriyada İŞİD-in əsas maliyyəçilərindən biri məhv edilib

Bakı. 23 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada İŞİD-in əsas maliyyəçilərindən birinin məhv edildiyini bildirib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi koalisiya qüvvələrinin qərargahının bəyanatına istinadən xəbər verib.

Öldürülən şəxs Fəvvaza Məhəmməd Cubeyr ar-Rauidir. O, İŞİD üzvlərinə terror hücumlarının təşkilində kömək edib.

Qərargahın bəyanatında bildirilir ki, Suriya əsilli ar-Raui təcrübəli terror maliyyəçisidir. O, terror hücumlarının həyata keçirilməsinə milyonlarla dollar pul köçürüb. Həmin şəxs Suriyanın şərqində, Misirlə sərhəddə yerləşən Əbu-Kamalda bir neçə mübadilə məntəqəsinin sahibidir.

Qeyd olunur ki, o, iyunun 16-da endirilmiş hava zərbəsi nəticəsində məhv edilib.