Suriyada 10 min türkmənin taleyindən xəbər yoxdur
Digər ölkələr
- 24 iyun, 2015
- 09:18
Bakı. 24 iyun. REPORT.AZ/ Ötən gecə 200 türkmən ailəsi Suriyada İŞİD-dən sonra kürdlərin Demokratik Birlik Partiyası (PYD) silahlılarının təzyiqlərindən qaçaraq Türkiyəyə sığınıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.
Belə ki, Suriyanın Tel-Abyad bölgəsini ələ keçirən PYD terrorçuları türkmənlərin kəndlərinə gedərək, onlardan ərazini boşaltmağı tələb ediblər. Kürd terrorçuları yerli sakinləri hədələyərək, bildiriblər ki, çıxıb getməsələr, o zaman kəndi bombalayacaqlar.
Məlumata əsasən, türkmənlər doğma yurdlarını tərk etsələr də, Suriyaya - öz evlərinə qayıtmaq üçün Türkiyədən yardım istəyiblər.
Xəbərdə bildirilib ki, Suriyanın Rakka bölgəsindən qaçan 10 minə yaxın türkmənin taleyindən məlumat yoxdur.
Son xəbərlər
17:20
Almatı dağlarında 19 il əvvəl itkin düşmüş alpinistin qalıqları tapılıb
Region17:19
Azərbaycanda turizm layihələrinə investisiya təşviqi mexanizmi tətbiq ediləcək
Turizm17:15
"Tvente" "Qarabağ"la oyundan əvvəl futbolçusu Sayf Ltayeflə yollarını ayırıb
Futbol17:12
Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb
Biznes17:11
Azərbaycanda Turizm İnformasiya Sistemi yaradılacaq
Turizm17:08
TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
Xarici siyasət17:06
Azərbaycanda Tuğ Enoturizm Təcrübə Mərkəzi yaradılacaq
Turizm17:03
TIF Azərbaycanın milli valyutasında maliyyə vəsaiti cəlb edə bilər
Maliyyə16:59