Suriya ordusu daha bir şəhəri terrorçulara təslim edib
Digər ölkələr
- 28 may, 2015
- 23:58
Bakı. 29 may. REPORT.AZ/ Suriya ordusu cümə axşamı öz bölmələrini terrorçuların əlinə keçən Əriha şəhərindən çıxarıb.
"Report" xəbər verir ki, bu barədə "Suriya əl-Ən" xəbər portalı məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, "Ceyş əl-fəth" ekstremist qruplaşmasının silahlıları hökumət qoşunlarının İdlib əyalətində son istinadgahı olan Əriha şəhərini ələ keçiriblər.
Londonda yerləşən Suriya İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinin məlumatına görə, radikal terrorçuların yaşayış məntəqəsinə hücumu bir neçə saat çəkib.
Regional müşahidəçilərin rəyinə görə, ordu bölmələrinin geri çəkilməsi Suriya hakimiyyətinin dinc əhalinin təhlükəsizliyini təmin etmək istəyindən irəli gələ bilər.
Son xəbərlər
12:33
Abdulla Zubir "Qarabağ"dan ayrılıb
Futbol12:30
Sərhəd Qoşunlarının keçmiş komandanı Abbasəli Novruzov vəfat edib
Hərbi12:27
Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Hadisə12:15
Foto
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə 4 medal qazanıblar
Fərdi12:07
Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb
Hadisə11:57
İsrail "Hizbullah"ın yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb
Digər ölkələr11:41
İspaniyadakı daşqınlarda iki nəfər həlak olub
Digər ölkələr11:40
"Neftçi" klubu Ramazan Qarayevi transfer edib
Komanda11:28