Suriya ordusu 3 səhra komandirini zərərsizləşdirib
Digər ölkələr
- 13 avqust, 2019
- 00:49
Suriya ordusu qanunsuz silahlıların İdlib vilayətindəki Xan-Şeyxune şəhərindəki mövqelərinə hücum edib.
Bu barədə "Report" "Al-Masdar"a istinadən xəbər verir.
Bildirilir ki, hərbçilər "Ceyş əl-Əhrar" ekstremist qruplaşmasının 3 səhra komandirini məhv edib. Silahlılar Sukeyka şəhərində öldürülüblər.
Xəbərdə həmçinin qeyd edilir ki, hökumət qüvvələri əməliyyatın sonunda düşmənin müdafiə xəttini yarıblar.
"Ceyş əl-Əhrar" ekstremist qruplaşması "Cəbhət ən-Nüsrə"nin mövqeyində döyüşərək bu terror qruplaşmasını müdafiə edir.
Daha əvvəl Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.
Son xəbərlər
23:30
Foto
Kosta Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır
Xarici siyasət23:18
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək
Digər ölkələr23:07
Portuqaliyalı voleybolçu Ana Monteyru: "Azərbaycan yığması, həqiqətən, güclüdür"
Komanda23:05
Amerikanın nüfuzlu "Arxeologiya" jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub
Mədəniyyət siyasəti22:54
İmişlidə avtomobilin vurduğu piyada ölüb
Hadisə22:50
Polina Rəhimova: "Növbəti matçlarda daha yaxşı oynamağa çalışacağıq"
Komanda22:46
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar "Black Hawk" helikopterlərinin satışını nəzərdən keçirəcək
Digər ölkələr22:42
Ankarada mədəndə baş verən uçqunda yaralananların sayı 19-a yüksəlib - YENİLƏNİB
Region22:34