Suriya kürdləri Kobaniyə geri qayıdır
Digər ölkələr
- 20 mart, 2015
- 14:27
Bakı. 20 mart. REPORT.AZ/ Türkiyədə sığınacaq tapmış bir qrup Suriya kürdü doğma Kobani şəhərinə (Ayn-əl-Arab) geri qayıdıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, altı ay əvvəl kürd qruplaşmaları ilə “İraq-Şam İslam Dövləti” terror qruplaşmasının üzvləri arasında başlayan toqquşmalardan qaçan Suriya kürdləri terroristlərin geri çəkilməsindən sonra şəhərə geri qayıtmağa başlayıb.
Əksəriyyətini qadın və uşaqların təşkil etdiyi təqribən iki minə yaxın insan Türkiyənin Suriya ilə sərhəddə yerləşən Suruç rayonu ərazisindəki Mürşitpınar buraxılış məntəqəsi qarşısına toplaşıblar.
Müvafiq icazəni aldıqdan sonra Suriya kürdləri nəzarət-buraxılış məntəqəsini keçiblər.
Bütün prosedurlar başa çatdıqdan sonra kürd qrupu Kobaniyə keçib.
Son xəbərlər
07:26
Keçmiş məcburi köçkün: Uzun müddət idi, bu günü gözləyirdik
Daxili siyasət06:56
Foto
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:55
Xankəndi sakini: Oradan çıxanda dörd yaşım olsa da, böyüklərimiz bizə torpaq sevgisini aşılayıblar
Daxili siyasət06:06
ABŞ Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmini açıqlayıb
Digər ölkələr05:53
Foto
Azərbaycanla Meksika arasında mədəni əlaqələr müzakirə olunub
Xarici siyasət05:25
Yaponiyada şiddətli yağışlar nəticəsində azı beş nəfər ölüb
Digər ölkələr04:42
Bessent: ABŞ İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görəcək
Digər ölkələr04:25
Moskvada işsizlik səviyyəsi 70 % artıb
Region03:58