Suriya ilə Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb
- 01 iyul, 2026
- 01:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Suriya ilə Türkiyə arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Suriyanın fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raid Saleh ilə bir araya gələrək "Fəlakət və Fövqəladə Halların İdarəolunması Sahəsində Əməkdaşlıq Memorandumu"nu imzaladıq", - M. Çiftçi bildirib.
Qeyd olunub ki, Suriyanın daxili işlər naziri Ənəs Xəttab ilə təhlükəsizlik, sərhəd idarəçiliyi, miqrasiya və könüllü geri qayıdış prosesləri dəyərləndirilib.
Xatırladaq ki, M.Çiftçi Suriyaya səfər çərçivəsində Suriya Prezidenti Əhməd Əl Şaraa ilə də görüşüb.
Kadim şehir Şam’da; ortak tarihimizin izlerini taşıyan, kardeşliğimizi güçlendiren ve geleceğe dair umutlarımızı büyüten kıymetli temaslarda bulunduk. 🇹🇷🇸🇾
— Mustafa ÇİFTÇİ (@mustafaciftcitr) June 30, 2026
Suriye İçişleri Bakanı Sayın Enes Hattab ile güvenlik, sınır yönetimi, göç ve gönüllü geri dönüş süreçlerini… pic.twitter.com/wJ00T6V1Ox