Sudanın keçmiş baş naziri COVID-19-dan ölüb
Digər ölkələr
- 26 noyabr, 2020
- 00:10
Sudanın keçmiş baş naziri və "Al-Umma" müxalifət partiyasının lideri Sadık al-Mahdi 84 yaşında koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə yerli “Al-Sudani” qəzeti bildirib.
Nəşr qeyd edib ki, al-Mahdidə koronavirus noyabrın əvvəlində aşkar edilib. Çərşənbə günü siyasətçinin vəziyyəti pisləşib.
“Al-Arabiya” telekanalı isə mənbələrə istinadən bildirib ki, Sudanın keçmiş baş naziri BƏƏ-də vəfat edib.
Sadık al-Mahdi iki dəfə (1966-1967 və 1986-1989 illər) Sudanın baş naziri vəzifəsini icra edib. O, Ömər al-Bəşirin hakimiyyəti illərində Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri olub.
Son xəbərlər
09:01
Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək
Maliyyə08:58
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Digər ölkələr08:58
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.06.2026)
Maliyyə08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.06.2026)
Maliyyə08:49
ABŞ Çin robotlarının idxalına nəzarəti gücləndirir
Digər ölkələr08:35
Tramp transgender kişilərin qadın idman növlərində yarışmasına qarşı çıxıb
İdman08:20
Foto
Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
Daxili siyasət08:18
Foto
Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib
Daxili siyasət08:11