Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 80-i ötüb - YENİLƏNİB

Digər ölkələr
  • 16 sentyabr, 2026
  • 19:41
Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 80-i ötüb - YENİLƏNİB

Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb, 52 nəfər isə yaralanıb.

"Report" "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, dağıntılar altında nə qədər insanın qaldığı hələ də məlum deyil.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində azı 60 nəfər ölüb, onlarla mədənçi isə dağıntılar altında qalmış ola bilər.

"Report" xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i Qərbi Kordofan əyalətindəki El-Naxud şəhərinin yaxınlığında yerləşən Əl-Zəraa şaxtasında baş verib.

Bildirilib ki, növbəti günün səhərinədək dağıntılar altından ölən 63 nəfərin meyiti çıxarılıb.

Şahidlərin sözlərinə görə, ölənlərin və ehtimal edilən sağ qalanların axtarışı üzrə işlər primitiv alətlərdən istifadə edilməklə davam etdirilir, lakin dağıntıların aradan qaldırılması üçün ağır texnika lazımdır.