Sudanda iki avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb
Digər ölkələr
- 10 sentyabr, 2016
- 14:10
Bakı. 10 sentyabr. REPORT.AZ/ Sudanda iki sərnişin avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb, 40 nəfərdən çox adam xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "Аs-Sayha" qəzeti xəbər yayıb.
Məlumata görə, hadisə ölkənin qərbində, paytaxt Xartum şəhəri ilə Əl-Faşer şəhərləri arasındakı magistral yolda baş verib. Hadisəyə səbəb yüksək sürətlə hərəkət edən sərnişin avtobuslarından birinin digər nəqliyyat vasitəsinin yoluna çıxması olub. Nəticədə avtobuslar toqquşub.
Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.
Son xəbərlər
08:31
Yaponiyada qasırğadan sonra təxminən 17 min ev və mənzil elektrik enerjisiz qalıb
Digər ölkələr08:27
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Energetika08:16
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:09
Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhərinə zərbə endirib
Region07:51
Tayvan ilk dəfə "Cheetah" zirehli döyüş maşınını sınaq atışlarında nümayiş etdirib
Digər ölkələr07:25
Si Cinpin: Çin və ABŞ dinc yanaşı yaşamaq üçün şərait yaratmalıdır
Digər ölkələr07:00
Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
Formula 106:43
Kanada ABŞ-nin mümkün hərbi müdaxiləsinə hazırlaşıb
Digər ölkələr06:17