Sudanda hava hücumu nəticəsində 20-dən çox adam ölüb
Digər ölkələr
- 08 iyul, 2023
- 15:28
Sudan ordusunun Omdurman şəhərinə hava zərbəsi endirməsi 22 nəfərin ölümü ilə nəticələnib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Sudanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, daha onlarla insan yaralanıb.
Agentlik qeyd edib ki, son günlər döyüşlər bu şəhərdə cəmləşib, çünki onun qərb hissəsi çevik reaksiya qüvvələrini onların Darfurdakı bazası ilə birləşdirən əsas yoldur.
İyulun 4-də çevik reaksiya qüvvələrinin bir dəstəsi bildirib ki, onlar həm ölkənin paytaxtını, həm də ona bitişik Omdurman və Bahari şəhərlərini özündə birləşdirən “Xartum ştatının ərazisinin təxminən 90 %-nə nəzarət edirlər”.
Son xəbərlər
04:02
Yaponiyada baş verən zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr03:43
Foto
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Hadisə03:14
"Priska" siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub
Digər ölkələr02:38
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Digər ölkələr02:07
Yəmən hərbçiləri Bab əl-Məndəbdə husilərin qayığını və minasını zərərsizləşdirib
Digər ölkələr01:55
"DTEK Naftoqaz" Rusiyanın hücumlarından sonra qaz hasilatını qismən dayandırıb
Digər ölkələr01:25
Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb
Digər ölkələr00:48
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazanıb
Futbol00:21