Sudanda fabrikdə yanğın zamanı 26 nəfər həlak olub
Digər ölkələr
- 04 dekabr, 2019
- 01:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sudanın paytaxtı Xartumda keramika istehsalı ilə məşğul olan fabrikdə baş verən güclü yanğın nəticəsində 26 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı bildirib.
Qeyd edilir ki, hadisə zamanı 130-dan çox insan xəsarət alıb. Onların arasında Banqladeşdən olan fəhlələr də var. Yaralılar müxtəlif dərəcəli travmalarla xəstəxanalara çatdırılıblar.
İlkin məlumata görə, paytaxtın şimalındakı sənaye zonasında yerləşən müəssisədə içində 20 ton mavi yanacaq olan rezervuar qaz sızması səbəbindən partlayıb. Nəticədə güclü yanğın başlayıb. Alov qonşuluqda yerləşən fabriklərə də yayılıb. Fabrikin binası tamamilə yanıb.
Son xəbərlər
05:58
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Xarici siyasət
05:35
Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib
Digər ölkələr
05:05
Tramp: ABŞ İranın infrastrukturunu məhv etmək niyyətində deyil
Digər ölkələr
04:39
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Region
04:08
Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir
Digər ölkələr
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr