Stiv Uitkoff və CENTCOM-un rəhbəri Qəzzada İsrail ordusunun postuna baş çəkiblər

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 16:58
Stiv Uitkoff və CENTCOM-un rəhbəri Qəzzada İsrail ordusunun postuna baş çəkiblər

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bu gün Qəzza zolağında İsrail ordusunun postuna baş çəkiblər.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunub ki, onlara İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir də qoşulub.

KİV-in məlumatına görə, ABŞ nümayəndə heyətinin səfərinin məqsədi HƏMAS-la əldə edilən razılaşma çərçivəsində İsrail qoşunlarının razılaşdırılmış şəkildə çıxarılmasının başa çatdığını təsdiq etmək olub.

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs haqqında razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.

Son xəbərlər

Bütün Xəbər Lenti