Starmer keçmiş səfiri Britaniya hökumətini aldatmaqda ittiham edib

Digər ölkələr
  • 04 fevral, 2026
  • 17:26
Starmer keçmiş səfiri Britaniya hökumətini aldatmaqda ittiham edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer parlamentdəki iclas zamanı ölkənin ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun ünvanına sərt tənqidlər səsləndirib.

"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Mandelson hökuməti dəfələrlə, xüsusilə də amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə aldadıb.

"Mən onun təyinatına görə təəssüflənirəm. Əgər indi bildiklərim mənə o vaxt məlum olsaydı, o, hakimiyyətə heç bir çıxış əldə etməzdi", - K.Starmer vurğulayıb.

Hökumət başçısı təsdiqləyib ki, Mandelsonun per titulundan məhrum edilməsini, həmçinin özünü nüfuzdan salmış perlərin titullarından məhrum edilməsi üçün daha geniş mexanizmin işlənməsini nəzərdə tutan qanunvericilik təşəbbüslərinin hazırlanmasını tapşırıb. Bundan əlavə, Starmer bildirib ki, Mandelsonun Məxfi Şuradan çıxarılması xahişi ilə ölkə kralı III Çarlza müraciət edib.

Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniyanın ABŞ-dəki səfiri Piter Mandelsonu məhkum edilmiş amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə vəzifəsindən azad etmişdi.

C.Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti